Azərbaycan – Serbiya: Mətbuat konfranslarının vaxtı açıqlandı
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, hər iki konfrans və məşq sabah keçiriləcək. Əvvəlcə Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç media nümayəndələri ilə görüşəcək. Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin konfransı isə saat 18:45-də olacaq.
Martın 30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya matçı saat 20:00-da start götürəcək.
29 mart
Serbiya milli komandası
17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
18:45. Mətbuat konfransı
19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin