Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Şenol Can çalışdıracaq.

Fuat Çapa ile yollarını ayıran “Kasımpaşa” bir neçə gün öncə “Fatih Karagümrük”dən ayrılmış Şenol Canla mövsümün sonuna kimi anlaşıb.

Qeyd edək ki, Şenol Can bu mövsüm “Kasımpaşa”ya rəhbərlik edəcək dördüncü baş məşqçidir. Super Liqa klubu mövsümə Mehmet Altıparmak ilə başlayıb, daha sonra İrfan Buzu gətirib. Amma İrfan Buz cəmi 11 gündən sonra istefa verdiyi üçün komanda Fuat Çapaya tapşırılmışdı.

“Kasımpaşa” bu mövsüm Super Liqada 31 xal toplaya bilib və 21 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button