İtaliya millisinə bu klubdan futbolçu çağırıldı – 85 il sonra

İtaliya milli komandasının DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Mançini “Spetsiya” klubundan Matteo Riççiyə də dəvət göndərib. Riççi “Spetsiya” klubu tarixində ikinci futbolçudur ki, İtaliya yığmasına dəvət alır. Bu barədə “Football İtalia” məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçiyə qədər bu klubdan cəmi bir futbolçu İtaliya millisinə çağırılmışdı.

Sonuncu dəfə “Spetsiya”dan 85 il əvvəl – 1936-cı ildə Luici Skarabello İtaliya yığmasına dəvət almışdı.

İtaliya millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də Şimali İrlandiya (ev), 28-də Bolqarıstan (səfər), 31-də isə Litva ilə (səfər) qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button