“Messini saxlamağın yollarından biri də Aqueronu komandaya gətirməkdir”
“Mançester Siti”nin sabiq futbolçusu Pablo Sabaleta açıqlama verib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, argentinalı keçmiş müdafiəçi, Serxio Aqueronun “Barselona”ya keçə biləcəyini deyib:
“Barselona”nın yeni prezidentinin məqsədi var: Lionel Messini komandada saxlamaq. Messini saxlamağın yollarından biri də Aqueronu komandaya gətirməkdir. Messi və Aquero “Barselona”da birləşə bilərlər. Bir neçə həftə əvvəl Messinin “Mançester Siti”yə keçə biləcəyi deyilirdi. İndi nə olacağı məlum deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin