Ramil Şeydayevin cəzası açıqlandı

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci divizion oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

1-ci divizionun 16-cı turunun “Qarabağ-2” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

MOİK – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Zaqatala” – “Sumqayıt-2” matçının 67-ci dəqiqəsində “Zaqatala” klubunun 6 nömrəli futbolçusu Aleksandr Şemonayev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Oyunda topdaşıyan şəxslər təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

“Sabah-2” – “Qaradağ Lökbatan” matçının 63-ci dəqiqəsində “Sabah-2” klubunun 90 nömrəli futbolçusu Ramil Şeydayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

Oyunda “Qaradağ Lökbatan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Turan Tovuz” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button