“Sabah”dan əvəzedici komanda ilə oyuna çıxacaq Şeydayevlə bağlı açıqlama

“Sabah”ın futbolçusu Ramil Şeydayevin bu gün əvəzedici komanda ilə birinci divizion matçına çıxacağını xəbər vermişdik.

Azərbaycan milli komandasının da üzvü olan 24 yaşlı hücumçu öz istəyi ilə “Sabah-2”-də oyuna çıxacaq. Bu barədə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib. O, Ramilin əsas komandadan kənarlaşdırılmadığını bildirib:

“Ramil əsas komanda ilə də məşqlərə çıxır. Bu gün 1-ci divizonda oynamaq öz istəyidir. O, əsas komandadan kənarlaşdırılmayıb”.

Şeydayev bu mövsüm Azərbaycan Premyer Liqasında 17 oyunda 3 qol vurub. Hücumçu bu gün 1-ci divizonun 16-cı turu çərçivəsində keçiriləcək “Sabah-2” – “Qaradağ Lökbatan” matçının start heyətində yer alıb. Qarşılaşma saat 15:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button