Almaniya millisinin üzvü “Liverpul”a keçə bilər
Münhenqladbax “Borussiya”sının futbolçusu Florian Noyhaus karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Liverpul” klubuna keçə bilər. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Noyhausun özünün də “Liverpul”a keçməyə müsbət yanaşdığı bildirilib. Mersisayd klubu mövsümün sonunda Noyhaus üçün “Borussiya”ya rəsmi təklif göndərəcək.
Alman yarımmüdafiəçinin sərbəst qalma məbləği 40 milyon avrodur. Noyhaus bu mövsüm Bundesliqada 21 oyunda 4 qol vurub.
Noyhaus Almaniya milli komandasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin