Ərdoğanla yeni müqavilə
Türkiyənin “Hatayspor” komandasının baş məşqçisi Ömər Ərdoğanın müqaviləsinin müddəti artırılıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ərdoğanın sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
43 yaşlı mütəxəssis ötən ilin avqustundan “Hatayspor”u çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqada 6-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin