“Leyptsiq”in futbolçusu Qvardiola haqda: “Özümə olan inamımı öldürdülər”
“Leyptsiq”in futbolçusu Anxelinyo açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan müdafiəçi, həmyerlisi Xosep Qvardiola haqda danışıb:
“Mənim üçün güvən hər şeydir. Mövsümün əvvəlində iki oyun oynadım və Qvardiola haqqımda qərar verdi. Uzun müddət ehtiyatda qaldım. Özümə olan inamımı öldürdülər. İki aydan bir oyuna çıxmaq asan deyildi.
Həqiqətən, Qvardioladan çox şey öyrəndim. Mənim meydanda futbolçu kimi inkişafımda böyük rolu var. Lakin istədiyimdə kifayət qədər şans vermədi. Futbol oynamağı sevirəm və hər dəfə meydanda olmaq istəyirəm. “Leyptsiq” mənə bu şansı verdi, ilk gündən mənə güvəndilər”.
“Mançester Siti”nin yetirməsi olan Anxelinyo, müxtəlif vaxtlarda İspaniyanın “Jirona”, “Malyorka”, Niderlandın PSV klublarına icarəyə verilib. Müdafiəçi 2020-ci ilin yanvarından “Leyptsiq”də çıxış edir.
Bizi Facebook-da izləyin