“Marko Deviçlə söhbətimiz olacaq” – Elşad Əhmədov

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın 21-ci turunda “Sumqayıt”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçı belə şərh edib:

  • Maraqlı oyun keçdi. Marko Deviçin qərmızı vərəqə almağı bizi bir az büdrətdi. İkinci hissədə uşaqlar meydana çıxanda dedilər ki, uduzmayacağıq. Xarakter göstərdilər. 10 nəfərlə yaxşı oyun alındı. Sonda bir xal qazandıq. Dördüncü dəfədir ki, 10 nəfərlə oynayırıq. Futbolçulara dedim ki, bundan sonra 10 nəfərlə oynayaq.
  • Deviç ikinci dəfədir ki, eyni situasiyayla qırmızı vərəqə alır. Onun bu hərəkətinə münasibətiniz…
  • Oyundan əvvəl futbolçularda istək daha çox idi. Klubdaxili iclas olacaq. Bütün bunları müzakirə edəcəyik. Markoyla ayrılıqda söhbətimiz olacaq.
  • Oyunun qəhrəmanı Rəşad Eyubov deyildimi?
  • İkinci hissə bütün futbolçular yaxşı oynadı. Tək Rəşad yox, hamılıqla əziyyət çəkərək, bir xal qazandıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button