Şöne yenidən Niderland klubunda
“Ayaks”ın sabiq futbolçusu Lasse Şöne yenidən Niderlanda qayıdıb.
Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Herenven” klubuna keçib. Bu barədə Erediviziya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Danimarkalı futbolçu ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Şöne 2012-2019-cu illər aralığında “Ayaks”da çıxış edib. Yarımmüdafiəçi 2019-cu ilin yayında İtaliyanın “Cenoa” klubuna keçmişdi. Şöne ötən ayın 7-dən azad agent idi.
Lasse Şöne Danimarka millisində 50 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin