“Real”ın oyununun vaxtı yenə dəyişdi

“Real”ın İspaniya La Liqasının 1-ci turundan təxirə salınan “Xetafe” ilə oyununun yeni tarixi təsdiqlənib.

Komanda.az xəbər verir ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi, fevralın 17-də deyil, 9-da keçiriləcək. Buna səbəb “Real”ın İspaniya kubokunda mübarizəni dayandırması olub. Qrafikində boşluq yarandığı üçün “Real”ın oyunu daha tez keçiriləcək.

“Real” İspaniya kubokunun 1/16 final mərhələsi çərçivəsində Sequnda B-də mübarizə aparan “Alkoyano”ya 1:2 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button