Super Liqa klubundan yeni transfer

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bir neçə gün öncə “Trabzonspor”dan ayrılan Bilal Başacıkoğlunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna qədərdir.

Bilal Başacıkoğlu Türkiyədə daha öncə “Kayserispor” və “Trabzonspor”un da uğurları üçün çalışıb. Karyerasına “Herenven”də başlayan yarımmüdafiəçi 2014-2018-ci illər aralığında “Feyenoord”da da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button