Yusuf Yazıcı koronavirusdan sağaldı
Futbol üzrə Türkiyə millisinin və Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı koronavirusdan sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Türkiyə millisinin üzvünün məşqlərə başladığı da diqqətə çatdırılıb.
Qeyd edək ki, Yusuf Yazıcıda yanvarın 5-də koronavirus aşkarlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin