“Sumqayıt” sabiq futbolçusunu qaytardı

“Sumqayıt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama verib.

Klubdan edilən açıqlamada, futbolçunun kimliyi qeyd olunmayıb. Verilən anonsda yeni transferin daha əvvəl də “Sumqayıt”da çıxış etdiyi və ötən mövsüm 16 oyunda 5 qol vurduğu bildirilib.

“Sumqayıt”ın anonsunu verdiyi futbolçu 2019-cu ilin yayında heyətə qatdığı Mehdi Şərifidir. Klub futbolçunun adını bu gün rəsmən açıqlayacaq.

“Sumqayıt” ötən ilin yayında 29 yaşlı hücumçu ilə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button