“Sevilya”dan baş məşçqisi ilə yeni müqavilə
İspaniyanın “Sevilya” klubu baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
İspan mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir. Onun əvvəlki müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Lopeteqi 2019-cu ilin iyun ayından İspaniya klubunu çalışdırır. Onun komandası hazırda La Liqada 30 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin