Avropanın ən bahalı futbolçuları – Messi və Ronaldo…

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi Avropanın ən bahalı futbolçularının siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, qurum, siyahını Avropa çempionatlarında çıxış edən futbolçular arasında hazırlayıb. Siyahıda TOP-5 liqalarında ən bahalı futbolçu “Mançester Yunayted”in üzvü Markus Reşford hesab edilir. Onun dəyəri 165,6 milyon avrodur.

Siyahının ikinci pilləsində “Borussiya”nın (Dortmund) üzvü Erlinq Haland yer alıb. Norveçli futbolçunun transfer dəyəri 152 milyon avrodur.

İlk 3-lüyü “Liverpul”un üzvü Trent Aleksander-Arnold qapayır. İngiltərəli futbolçunun dəyəri 151,6 milyon avrodur.

“Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un üzvü Kriştiano Ronaldo siyahının ilk 10-luğunda yer almayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button