Qurban Qurbanov: “Qarabağ” ölkənin ən populyar klubudur”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Niderlandın “De Volkskrant” nəşrinə açıqlama verib.
Komanda.az xəbər verir ki, Qurbanov “Qarabağ”ı Niderlandın “Ayaks” klubu ilə müqayisə edib:
“Ayaks” klubunun vəziyyətində olmaq istərdik. Orda rəhbərlik idmanla siyasətin ayrı olduğunu deyə bilər, bizdə isə bu, mümkün deyil”.
“Qarabağ”ın baş məşqçisi “köhlən atlar”ın keçmiş kapitanı və çalışdırıcısı olmuş Allahverdi Bağırovun Birinci Qarabağ müharibəsindəki qəhrəmanlığına da toxunub:
“O, klubun rəmzi və düşmənə qarşı mübarizənin liderlərindən idi. Komandamızın yarımmüdafiəçisi Qara Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb”.
Qurbanov bildirib ki, “Qarabağ” Azərbaycanın ən populyar klubudur:
“Müharibədən sonra “Qarabağ” azarkeşlərinin əksəriyyəti məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrində yaşayırlar. Bu səbəbdən, Bakıdakı oyunlarımızda tribunalarda üç mindən çox azarkeş olmur. Buna baxmayaraq, “Qarabağ” ölkənin ən populyar klubudur”.
Bizi Facebook-da izləyin