Təbriz klubundan məhsuldar heç-heçə

Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Sepahan”la qarşılaşıb. Təbriz klubu bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Cənubi Azərbaycanın daha məşhur “Traktor” klubu isə bu tur “Şəhr Xodru”nu qəbul edəcək.

8 oyuna 12 xalı olan “Traktor” 16 kollektiv arasında 5-ci, oyundan sonra 3 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button