“Tənqidi fikirlərə önəm vermirəm” – Visente Qomes
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- İlk hissədə bərabər səviyyəli oyun keçdi. İkinci hissəyə rəqib daha yaxşı başladı, qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. İmkanlarımızdan istifadə edə bilsəydik, daha fərqli ola bilərdi.
- Komandanın son sırada olmasının səbəbi nədir?
- Rəqiblər əllərinə düşən fürsətlərdən yararlana bilirlər, biz isə yox. Bu oyunda əlimizə düşən fürsətləri qola çevirə bilsəydik, nəticə fərqli olacaqdı. Bütün oyunlara bunu aid etməzdim, amma əksər oyunlarda belə olur.
- Ramil Şeydayev nə üçün ehtiyatda qalır?
- Start heyəti müəyyənləşdirəndə düşünürəm ki, bu, daha faydalı olacaq. Eynilə də, əvəzetmələrdə. Ramillə heç bir problemim yoxdur. Bu gün oyuna daxil olduqdan sonra çox yaxşı performans göstərdi.
- Bu məğlubiyyətdən sonra daha çox tənqid olunacağınızın fərqindəsizmi?
- Məni tənqid edənlərə hörmət edirəm. Biz öz işimizi davam etdiririk. Bu müsbət tənqidlər mənə daha çox kömək edə bilər. Sadəcə, Azərbaycanda yox, Ukraynada və İspaniyada da olanda mətbuatda gedən tənqidi fikirlərə önəm vermirəm.
- Qış fasiləsində rəhbərlikdən hücumçu istəyəcəksizmi?
- Əlbəttə, situasiyanı təhlil edəndən sonra müəyyən qərarlar verəcəyik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin