“Milan” türk futbolçuyla danışıq aparır

İtaliyanın “Milan” klubu “Şalke”nin futbolçusu Ozan Kabakla danışıq aparır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, 20 yaşlı müdafiəçinin qışda “Milan”a keçə biləcəyi bildirilib. Ozanla “Yuventus” da yaxından maraqlanır, lakin müdafiəçi daimi əsas heyətdə oynamaq üçün “Milan”a üstünlük verir.

Türk futbolçunun “qırmızı-qaralar”a keçidinin 23-25 milyon avro qarşılığında reallaşacağı gözlənilir.

2019-cu ilin yayından “Şalke”də çıxış edən Ozan, bu mövsüm Bundesliqada 7 oyuna çıxıb. Müdafiəçi Türkiyə millisində də 6 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button