“Azərbaycan millisi bizim üçün köhnə tanışdır” – Serb qapıçı
Futbol üzrə Serbiya yığmasının qapıçısı Marko Dmitroviç DÇ-2022-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Bizim üçün yaxşı püşk oldu. Portuqaliya, Lüksemburq və İrlandiya köhnə tanışlardır. Azərbaycan millisi barədə də eyni sözləri deyə bilərəm. Əvvəlki seçmə mərhələlərdə bu yığmalarla qarşılaşmışıq. Digər qruplara baxanda, bizdəki vəziyyətin pis olmadığını görmək olar. Buna görə də püşkdən razıyam”.
İspaniya “Eybar”ında çıxış edən qolkiper Potuqaliyanın favorit olduğunu etiraf edib: “Amma qrupda istənilən komandanı məğlub etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bununla belə, reallıqdan qaçmaq olmaz. Portuqaliya hörmətəlayiq komandadır”.
Qeyd edək ki, seçmə mərhələnin oyunlarına 2021-ci ilin martında start veriləcək.
Bizi Facebook-da izləyin