Rossinin evi qarət olundu – dəfn edildiyi gün

65 yaşında dünyasını dəyişən italiyalı sabiq futbolçu Paolo Rossi dəfn olunub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Rossi dəfn olunarkən evi qarət olunub. Dəfn zamanı mərhum futbolçunun evinə girən oğrular evi qarət ediblər. Onların Rossiyə aid saatı da oğurladıqları deyilir. Hadisəylə bağlı araşdırma davam edir.

Rossi İtaliya milli komandası ilə DÇ-1982-nin qalibi olub. Mərhum hücumçu həmin ildə “qızıl top” mükafatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button