“Mərhələnin taleyini “Qarabağ”la matçda həll etmək istəyirdik”
İsrailin “Makkabi” (Təl-Əviv) klubunun yarımmüdafiəçisi Dor Perets Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu 1:1 hesabıyla bitən matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Meydana qələbə üçün çıxmışdıq. Mərhələnin taleyini bu matçda həll etmək istəyirdik. Amma alınmadı. Artıq bütün diqqətimizi “Sivasspor”la qrupdakı həlledici oyuna yönəltməliyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin