Elxan Məmmədovun “day-day”ı – Qurban Qurbanov!

Kürşad

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasından növbəti dəfə suyu süzülə-süzülə ayrılmasından sonra əksəriyyət AFFA rəhbərliyini tənqid etdi. Hətta sosial şəbəkədə AFFA prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elxan Məmmədovun istefasını tələb edən xeyli insan da oldu. Xüsusilə də, Azərbaycan millisinin illərdir davam edən uğursuzluğuna, biabırçı nəticələrinə görə əsas günahkar kimi Elxan Məmmədov göstərilir. Amma bu adam daşıdığı vitse-prezident və baş katib vəzifələri ilə ağır daş kimi Azərbaycan futbolunun başına düşüb və yerindən tərpənmək istəmir. Doğrudan da, bu qədər rüsvayçı nəticələrə rəğmən, Elxan Məmmədov necə olur da, Azərbaycan futbolunun başında dayanmağa davam edir?

Bu sualın cavabını bilmək üçün “Tarixi Nadiri” axıra kimi oxumaq vacib deyil. Elxan Məmmədovu Azərbaycan futbolunun başında saxlayan “Qarabağ” klubunun rəhbərliyi və baş məşqçisi Qurban Qurbanovdur. Bəli, bəli! Müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının hansı gündə olduqlarını, əsas yığmanın son seçmə mərhələdə gücənə-gücənə 1 xal əldə etməsini, UEFA Millətlər Liqasında Avropanın “cırtdanlar”ı sayılan komandalarla mübarizədə 6 xal toplayaraq, üçüncü olmasını “yuxarı”da – hakimiyyət dairələrində də bilirlər. Yəni milli komandaların hamısının “can verdiyini” dövlətin lap üst səviyyəsinə qədər bilirlər, anlayırlar. Amma Elxan Məmmədov “Qarabağ”ın hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazanması hesabına tutduğu iki vəzifədə yerini rahatlayıb. Əmin olun ki, Məmmədov “yuxarı”dakıların qarşısında “Qarabağ”ın uğurlarını öz adına, AFFA-nın adına çıxır. Yəni “Qarabağ” rəhbərliyi çalışır, zəhmət çəkir, Qurban Qurbanov gecəsini-gündüzünə qatır, komanda formalaşdırır, nəticəsinə Elxan Məmmədov şərik olur. Bunun başqa izahı yoxdur. Hər halda, Məmmədovun AFFA prezidenti Rövnəq Abdullayevlə İcraiyyə Komitəsinin üzvlərini erotik görüntülərlə şantaj edib, futboldakı hakimiyyətini qorumağa davam etdiyini düşünməzsiz…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button