“Barselona” mənə təzminat verməlidir, amma…” – Setyen

“Barselona”nı məhkəməyə verən keçmiş baş məşqçisi Kike Setyen açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, klubu məhkəməyə verməsinin səbəbini açıqlayıb:

“Barselona” istefaya göndərildiyim üçün mənə təzminat verməlidir, amma klub mənə bunu təklif belə, etməyib. Komandadan uzaqlaşdırıldığımı mənə demək üçün zəng də etmədilər. Klub çətin dövrdən keçir. Problemi həll etməyə kömək edə biləcəyimi düşünürdüm, amma bu, mümkünsüz oldu”.

Setyen “Barsa”nı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi üçün məhkəməyə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button