“Napoli”nin stadionunun adı dəyişdirildi

İtaliyanın “Napoli” klubunun ev oyunlarını keçirdiyi “Stadio San Paolo” stadionunun adı dəyişdirilib.

Komanda.az xəbər verir ki, stadionun adı bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın şərəfinə “Stadio Dieqo Armando Maradona” adlandırılıb.  Bu barədə Neapol bələdiyəssinin başçısı Luici De Maqistris öz “instagram” səhifəsində məlumat yayıb.

Maradona 1984-1991-ci illərdə “Napoli”də forma geyinib. Argentinalı mərhum futbolçu noyabrın 25-də ürəktutmasından vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button