Fransa klubu onun transfer hüququnu aldı

Fransanın “Sent-Etyen” klubu Portuqaliya “Braqa”sından icarəyə götürdüyü yarımmüdafiəçi İvan Neyunun transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kamerunlu yarımmüdafiəçi bu ilin iyulunda Fransa təmsilçisi tərəfindən satınalma şərti ilə icarəyə götürülmüşdü. 23 yaşlı futbolçu “Sent-Etyen”lə müddəti 2024-cü ilin yayında bitəcək müqaviləyə imza atıb.

Qeyd edək ki, Neyu daha öncə Fransada “Sedan” və “Laval” klublarının uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button