“Yeganə çatışmayan qol idi”

Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi. Təəssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Pressinq tətbiq edərək bir neçə əks-hücum həyata keçirdilər. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button