Pyaniç: “Ümid edirəm ki, bunu etmək imkanım olacaq”
“Barselona”nın futbolçusu Miralem Pyaniç açıqlama verib.
Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan yarımmüdafiəçi, “Barselona”dakı hədəflərindən söz açıb:
“Dünyanın ən böyük klubundayam və hər zaman burda oynamaq arzusunda olmuşam. Bir iz buraxmaq istəyirəm və ümid edirəm ki, bunu etmək imkanım olacaq. Futbolda bütün titulları qazanmaq istəyirəm və hədəfim hər zaman ən yaxşılar arasında olmaqdır”.
Bu ilin sentyabrında “Barselona”ya keçən Pyaniç, Kataloniya təmsilçisi ilə 7 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin