“Keşlə”nin baş məşqçisi 100-ə çatdı
Yunis Hüseynov baş məşqçi karyerasında 100-cü qələbəsini qazanıb.
Komanda.az xəbər verir ki, bu, “Keşlə”nin “Qəbələ” ilə Premyer Liqanın 9-cu turundakı matçına təsadüf edib. 3:1 hesablı qələbə mütəxəssis üçün yubiley kimi tarixə düşüb. 100-cü qələbə onun baş məşqçi kimi 270-ci oyununa təsadüf edib.
Baş məşqçi postunda debütü 2004-cü ilə təsadüf edən Hüseynov Premyer Liqada 82, Azərbaycan kubokunda 15, Avropa Liqasında (UEFA kuboku) 3 dəfə qələbə sevinci yaşayıb. O, 5 klubda yetirmələrinin qalibiyyətinə şahid olub. “Karvan” 75 (çempionat – 64, kubok – 9, UEFA kuboku – 2), “Standard” 7 (çempionat – 3, kubok – 4), “Xəzər Lənkəran” 13 (çempionat – 11, kubok – 1, UEFA kuboku – 1), “Kəpəz” 2 (çempionat – 1, kubok – 1) qarşılaşmada Hüseynovun rəhbərliyi altında qalib gəlib. Mütəxəssisin 10-cu dəfə meydana çıxardığı “Keşlə” 3-cü dəfə qələbə qazanıb. Hər üç uğur Premyer Liqa çərçivəsində gerçəkləşib.
Bizi Facebook-da izləyin