Super Liqanın iki klubunda koronavirus aşkarlandı

Türkiyənin “Konyaspor” və “Gənclərbirliyi” klublarının futbolçularında koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçiləri rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Konyaspor” hər həftə həyata keçirilən koronavirus testlərindən bu dəfə birinin müsbət nəticə verdiyini açıqlayıb. Həmin futbolçunun adı açıqlanmayıb. Karantinə alınan oyunçu hazırda özünü yaxşı hiss etsə də, həkim nəzarəti altındadır.

“Gənclərbirliyi”ndə də bir gənc futbolçuda koronavirus aşkarlanıb. Adı açıqlanmayan oyunçu karantinə alınıb, xüsusi nəzarətə götürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button