Falkao “Qarabağ”ın rəqibi ilə oyunu buraxacaq
“Qalatasaray” Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Sivasspor”la oyuna hazırlığı davam etdirir.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin son məşqlərindən birində komandanın aparıcı hücumçusu Radamel Falkao sıradan çıxıb.
Əzələ zədəsindən əziyyət çəkən futbolçunun bir müddət məcburi istirahət edəcəyi bildirilir. Kolumbiyalı forvardın müalicəsinə start verilib.
Qeyd edək ki, “Qalatasaray”da Markao və Marselo Saraççi də zədədən əziyyət çəkir. Onlar da xüsusi proqram əsasında fərdi hazırlaşırlar.
“Sivasspor” – “Qalatasaray” matçı noyabrın 8-də keçiriləcək. Sivas təmsilçisi Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qurpda mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin