“Səbail”in legioneri milliyə çağırılmadı – koronavirusa görə
“Səbail”in futbolçusu Nikolas Hagen Qvatemala yığmasının Hondurasla keçirəcəyi matçın heyətinə çağırılmayıb.
Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Amarini Villatoro 24 yaşlı qapıçıya dəvət göndərməyib. Bu barədə “futbolcentroamerica.com” saytı məlumat yayıb. Hagenin millinin heyətindən kənarda qalmasına səbəb koronavirus pandemiyasına görə yaranmış vəziyyətdir.
Belə ki, qapıçı Qvatemalaya getdikdən sonra Bakıya qayıdan zaman problemlə üzləşə bilər. Hagen, Azərbaycana gəlmək üçün əvvəlcə İstanbula uçmalıdır, lakin Türkiyədə koronavirusa yoluxmanın getdikcə artması sərhədlərin bağlanması ehtimalını gücləndirir. Belə olacağı halda, Hagenin Bakıya qayıdışı ləngiyəcək. Bu səbəbdən qapıçı Qvatemala millisinin heyətinə çağırılmayıb.
Bizi Facebook-da izləyin