Pike “Barselona” ilə anlaşdı – məvacibi azaldılır, qarşılığında…

“Barselona”nın futbolçusu Jerar Pike komandadan ayrıla bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Pikenin istəyi ilə müqaviləsinə bu barədə bənd əlavə olunub. Məlumata görə, 33 yaşlı futbolçu istədiyi zaman müqaviləsini ləğv edərək, MLS klublarından birinə keçə bilər, lakin o, Avropanın başqa komandasında çıxış edə bilməz. Bundan başqa, futbolçunun “Barselona”dakı hazırkı məvacibi 50 faiz azaldılıb.

Pikenin klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button