“Barselona”da daha bir ciddi itki

“Barselona” daha bir ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina yığmasının düşərgəsində zədələnib.

O, ötən gecə UEFA Millətlər Liqası çərçivəsində baş tutan Polşa ilə səfər oyununda (0:3) sıradan çıxıb.

Start heyətdə meydana çıxan futbolçu ilk yarım saatın tamamında belindən ağır zədə alıb. Oyunu davam etdirə bilməyən yarımmüdafiəçi 33-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Barselona” son dövrlərdə Jordi Alba və Junior Firponun da yoxluğundan əziyyət çəkirdi. Onların sırasına qoşulan Pyaniçin zədəsinin nə dərəcədə ciddi olduğu yaxın günlərdə dəqiq bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button