73 yaşında meydana çıxdı, tarixə düşdü

İsrailin “İroni Yehuda” klubunun qapıçısı İsaak Hayik “Ginnesin rekordlar kitabı”na düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 4-cü liqa təmsilçisinin “Makkabi Ramat Qan” klubuna qarşı keçirdiyi oyunda iştirak edən Hayik, 73 yaşında meydana çıxaraq, peşəkar futbolda ən yaşlı futbolçu kimi tarixə düşüb.

Komandasının “Makkabi Ramat Qan”a 1:5 hesabıyla məğlub olduğu oyunun ardından Hayikə xüsusi mükafat təqdim olunub.

Gələn həftə 74 yaşı tamam olacaq Hayikdən əvvəl peşəkar futbolda iştirak edən ən yaşlı futbolçu Robert Karmona idi. Uruqvaylı futbolçu sonuncu dəfə 53 yaşında meydana çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button