70 milyon avroya transfer olunmuş futbolçu koronavirusa yoluxdu

Fransanın PSJ klubunun yeni transferi Əşrəf Hakimi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

22 yaşlı futbolçu COVİD-19 testinin pozitiv çıxması səbəbindən komanda ilə məşqlərdə iştirak edə bilmir. Mərakeşli oyunçunun nə vaxta kimi karantində qalacağı bilinmir.

Qeyd edək ki, Hakimi iyulun 7-də İtaliya “İnter”indən 70 milyon avro qarşılığında PSJ-yə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button