“600, 700, hətta 800 qol vura bilər”

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne Erlinq Haland haqda danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, norveçli hücumçunun daha çox qol vura biləcəyini deyib:

“Haland artıq 200-ə yaxın qol vurub. Formada qala bilsə və hazırkı performansını davam etdirsə, 600, 700, hətta 800 qol vurmağı bacarar. Erlinq yüksək səviyyəli hücumçudur”.

22 yaşlı Haland bu mövsüm “şəhərlilər”in heyətində 19 oyuna çıxıb, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button