
ÇL: “Santyaqo Bernabeu”nu fit səsləri bürüdü
“Real” dünən UEFA Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub.
Madrid təmsilçisi oyunda hesabı açsa da, fasiləyə qədər iki qol buraxaraq geri düşüb. “Santyaqo Bernabeu”da qeydə alınan 1:2 hesabı matçın yekun nəticəsi olub.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, indi ən çox müzakirə olunan məsələlərdən biri baş məşqçi Xabi Alonsonun gələcək taleyidir. Daha əvvəl yayılan məlumatlarda “Mançester Siti” ilə oyun onun üçün həlledici olacaqdı.
Matçın son dəqiqələrində tribunaların bir hissəsinin boşaldığı diqqət çəkib. Görünür, “Real”ın bəzi azarkeşləri komandanın oyunundan narazı qalıb və stadionu vaxtından əvvəl tərk etməyi üstün tutublar.
Hakim Kleman Turpen final fitini səsləndirdiyi anda isə tribunalar bu dəfə fit səsləri ilə dolub. Yerli azarkeşlər komandanın çıxışını açıq şəkildə narazılıqla qarşılayıblar.
Bizi Facebook-da izləyin



