
Flik üç mövqeyə transfer tələb edir
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik gələn il üçün transfer planlarını müəyyənləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis klub rəhbərliyindən üç mövqeyə oyunçu tələb edib. Belə ki, o, mərkəz müdafiəçisi, vinger və mərkəz hücumçusu istəyib.
Uyğun namizəd tapılacağı halda, yeni mərkəz müdafiəçisinin artıq yanvarda transfer olunması mümkündür. Flik komandanın bu mövqedə təcili şəkildə möhkəmlənməsinə ehtiyac olduğunu düşünür.
Kataloniya klubu sabah İspaniya La Liqası çərçivəsində “Alaves”i qəbul edəcək. Komanda hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Real”dan 1 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



