“Qarabağ”ın rəqibi italiyalı müdafiəçi ilə maraqlanır

“Brentford”un müdafiəçisi Maykl Kayode yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Mançester Siti” və “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Nyukasl” italiyalı futbolçuyla maraqlanır. “Brentford” isə Kayodeni satmağı düşünmür və oyunçunun özü də hələlik transfer üçün çalışmır. Lakin klub 57,5 ​​milyon avroluq təklif qarşılığında müdafiəçisini buraxmağa razı ola bilər.

21 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 30 oyun keçirib və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button