Nevill: “Mançester Siti” səhv etməyə meyilli deyil”

“Mançester Yunayted”in sabiq müdafiəçisi, hazırda futbol mütəxəssisi kimi çalışan Qari Nevill Premyer Liqanın 30-cu turunda keçiriləcək “Mançester Siti” – “Arsenal” oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingilis mütəxəssis Pep Qvardiolanın komandasının səhv etməyə meyilli olmadığını bildirib:

“Məncə, “Arsenal”ın Mançesterə gəlib “Mançester Siti”ni məğlub etməli olmasının səbəbi odur ki, onlar başqa stadionlara – “Old Trafford”, “Tottenhem”in stadionlarına getməli olacaqlar. “Mançester Siti”nin zehniyyətini həqiqətən dəyişmək üçün onları özünüz zədələməli və daha yaxşı olduğunuza inandırmalısız.

Biz hər il çempion olmağa öyrəşmişdik, ona görə də “Arsenal” 1998-ci ildə Mark Overmarsın qol vurduğu zaman və ya 2000-ci illərin əvvəllərində Viltord qol vurub “Old Trafford”a gələndə, bu, bizi kökündən sarsıtdı və biz məəttəl qaldıq.

Onlar qalib kimi ayrılmalıdırlar. Bu o demək deyil ki, heç-heçə “Etihad”da layiqli nəticə deyil. Lakin “Mançester Siti” səhv etməyə meyilli deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button