28 illik rekordu təkrarladı

“Atletik”in (Bilbao) futbolçusu İnyaki Uilyams 28 illik rekordu təkrarlayıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu buna La Liqanın 13-cü turunda “Jirona” ilə oyunda meydana çıxmaqla nail olub.

Qanalı hücumçu La Liqada ardıcıl 246-cı matçda iştirak edib. Uilyams bu göstəricidə 1987-1994-cü illərdə Almaniya “Ayntraxt”ının heyətində eyni sayda oyun keçirmiş Manfred Bintsin rekordunu yeniləyib.

Uilyams peşəkar karyerası ərzində yalnız Bilbao təmsilçisinin formasını geyinib. O, ümumilikdə 384 qarşılaşmada 101 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button