22 yaşlı futbolçu fizioterapiyada öldü

Braziliyanın “Quarani” klubunda faciəvi hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, klubun müdafiəçisi Tiaqo Kortez fizioterapiya zamanı dünyasını dəyişib. Bu barədə “Quarani” sosial şəbəkə hesabından məlumat yayıb.

Bir müddətdir diz zədəsindən əziyyət çəkən 22 yaşlı futbolçunun dünən fizioterapiya üçün xəstəxanaya getdiyi və qəfil öldüyü bildirilir. Futbolçunun ölüm səbəbi məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button