“Qarabağ” Almaniyadan layiq olmadığı məğlubiyyətlə qayıdır

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın Almaniya təmsilçisi ilə oyunu saat 23:00-da start götürüb.

Qurban Qurbanovun komandası Avropa Liqasının qrup mərhələsinin ilk oyunundan sərfəli nəticə ilə ayrılmağa çalışıb. Baxmayaraq ki, Ağdam komandası bir müddət əvvəl əsas “qol silahı”nı – İbrahima Vadjini Fransanın “Sent-Etyen” klubuna satıb. Vadjisiz “Qarabağ”ın hücum xəttinin necə təsir bağışladığını “Frayburq”la qarşılaşma göstərəcəkdi.

Oyun Azərbaycan çempionu üçün uğursuz başlayıb. Qurbanovun yetirmələri 15 dəqiqəyə 2 qol buraxıblar. Amma fasilə ərəfəsində buraxılan qollardan birinin əvəzini çıxmaq mümkün olub. İkinci hissədə isə hesab dəyişməyib və “Frayburq” bu matçdan qalib ayrılıb. Lakin bu oyunda hakimin bəzi şübhəli qərarları da almanların qələbəsində az rol oynamayıb. İstənilən halda “Qarabağ” Bundesliqanın liderinə qarşı möhtəşəm oyun göstərdi və layiq olmadığı məğlubiyyətlə üzləşdi.

Qrupun digər oyunu Fransada keçirilib. Bir neçə gün əvvəl məşhur braziliyalı müdafiəçi Marselonu heyətinə qatan “Olimpiakos” “Nant”ın qonağı olub. Üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qalib gəliblər.

Avropa Liqası, qrup mərhələsi, 1-ci tur

8 sentyabr

G qrupu

Frayburq – Qarabağ 2:1
Qol: V.Qrifo, 7-pen. R.Doan, 15 – M.Veşoviç, 39.
Hakimlər: Baş hakim Erik Lambrexts, Jo de Veirdt, Matias Hillert, Vim Smet (hamısı Belçika)
VAR hakimləri: Benua Miyo, Villi Delajo (Fransa)
Frayburq. “Europa-Park” stadionu

Frayburq: 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen, 25. Kiliann Sildillia, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan.
Ehtiyat oyunçular: 1. Benjamin Uphof, 21. Noa Atubolu, 2. Uqo Sike, 7. Conatan Şmid, 11. Daniel Kofi Kyere, 14. Yannik Keytel, 17. Lukas Kübler, 23. Robert Vaqner, 31. Keven Şlotterbek, 22. Noa Vayshaupt, 34. Merlin Röhl, 38. Mixael Qreqoriç.
Baş məşqçi: Kristian Ştrayx.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 6. Julio Romao, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Nant (Fransa) – Olimpiakos (Yunanıstan) 2:1
Qol
: M.Məhəmməd, 32. Gessand, 90+3 – Mutussami, 50-öz qapısına.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button