Cari mövsümün ilk yarısının ən yaxşı klub məşqçilərinin adları məlum olub – SİYAHI

“Goal” nəşri 2023/2024 mövsümünün ilk yarısının ən yaxşı klub məşqçilərinin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya Almaniyanın “Bayer” (Leverkuzen) klubunun çalışdırıcısı Xabi Alonso başçılıq edir.

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda çıxış edən Leverkuzen təmsilçisinin mövsüm ərzində hələ də məğlubiyyətlə üzləşməməsi ispaniyalı mütəxəssisin digərlərindən fərqlənməsi ilə nəticələnib.

Ümumilikdə 15 məşqçinin yer aldığı siyahıda İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola sonuncudur.

1. Xabi Alonso (Bayer, Almaniya)

2. Unay Emeri (Aston Villa, İngiltərə)

3. Miçel (Jirona, İspaniya)

4. Tiaqo Motta (Bolonya, İtaliya)

5. Anqe Postekoqlu (Tottenhem, İngiltərə)

6. Simone İnzaqi (İnter, İtaliya)

7. Sebastyan Heness (Ştutqart, Almaniya)

8. Yurgen Klopp (Liverpul, İngiltərə)

9. Françesko Farioli (Nitsa, Fransa)

10. Mikel Arteta (Arsenal, İngiltərə)

11. Karlo Ançelotti (Real, İspaniya)

12. Peter Bos (PSV, Niderland)

13. Dieqo Simeone (Atletiko, İspaniya)

14. İmanol Alquasil (Real Sosyedad, İspaniya)

15. Pep Qvardiola (Mançester Siti, İngiltərə)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button