“Sumqayıt” doğma meydanda “Keşlə”yə uduzdu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Lider “Səbail-2” səfərdə “Zaqatala”ya məğlub olub. “Sabah”la “Neftçi”nin əvəzedicilərinin duelində qalib müəyyənləşməyib. “Qarabağ”ın əvəzediciləri isə “Qaradağ Lökbatan” üzərində qələbəyə sevinib.

Bu gün daha bir görüş keçirilib. “Sumqayıt-2” doğma meydanda “Keşlə-2”-yə uduzub.

Birinci divizion, 18-ci tur

5 mart

Zaqatala – Səbail-2 2:0
Qol: İbrahim Qədirzadə, 45. Ramin Əhmədov, 77.
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Kərim Zeynalov, İslam Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala şəhər stadionu, 14:00

Sabah-2 – Neftçi-2 1:1
Qol: Zahid Mərdanov, 45+3-pen – Hüseyn Hüseynzadə, 74.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00

Qarabağ-2 – Qaradağ Lökbatan 2:0
Qol: Cavid Bayramov, 31. Elvin Talıbov, 63.
Hakimlər: Kamranbəy Rəhimov, Elxan Əsgərzadə, Taleh Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:30

6 mart

Sumqayıt-2 – Keşlə-2 1:3
Qol:
Tahir Zeynallı, 29 – Qədir Bayramlı, 20. Eldost Qiyasbəyli, 40-avtoqol. Emin Quliyev, 90+4.
Qırmızı vərəqə: Sərcan Omarov, 77 (“Keşlə-2”)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00

Qeyd 1: Bu tur “Zirə-2” komandası istirahət edəcək.

Qeyd 2: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Ağsu” – “Kəpəz” matçı keçirilməyəcək.

Qeyd 3: “Turan Tovuz” – MOİK matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button