“Biz PSJ-yik və onlara qarşı iki böyük matç keçirməyə hazırıq”- Klub prezidenti

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xələfi UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda “Real”, “Brügge” və “Qalatasaray”a rəqib olan Paris klubunun rəhbəri, püşklə bağlı bunları deyib:

“Bu, Çempionlar Liqasıdır. Burda böyük komandalarla qarşılaşacağımızı bilirdik. Sona qədər getmək istəyirsizsə, böyük komandalarla oynamalısız. Qrupdakı bütün matçları səbirsizliklə gözləyirəm.

“Real” güclü komandadır. Bu klub son 4 ildə üç dəfə bu turnirin qalibi olub. Amma biz PSJ-yik və onlara qarşı iki böyük matç keçirməyə hazırıq. Əsas məqsədimiz turnirdə mümkün qədər irəliləməkdir. Bunu bacarmaq üçün qrup mərhələsində yaxşı çıxış etməliyik”.

Sentyabrın 17-18-də start götürəcək qrup mərhələsinin matçları dekabrın 10-11-nə qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button