Ərəblərdən 138 milyon avroluq təklif – Superkubok üçün

Səudiyyə Ərəbistanı 2028/29 mövsümünə qədər İtaliya superkubokunun oyunlarına ev sahibliyi etmək istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ərəblər buna görə 138 milyon avro xərcləməyə hazırdır. Belə bir təklif 8 milyon avroluq hazırkı illik müqavilədən təxminən üç dəfə çoxdur.

İtaliya A Seriyasının rəhbərləri qısa müddət ərzində ərəblərlə görüşmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcəklər.

2018 və 2019-cu illərdə İtaliya superkubokunun oyunları müvafiq olaraq Ciddə və Ər-Riyaddakı stadionlarda keçirilib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button